CƏMİYYƏT
Bizimlə addım atın...VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx əlilliyi olan şəxslərin aktiv həyata dönüşü üçün onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik vasitələrlə təminatından bəhs edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ilk rübündə nazirlik tərəfindən əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib. 2020-ci ilin dekabr ayından başlanan yeni proqram çərçivəsində isə 270 nəfər müharibə əlili 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.
“Həyata bizimlə addım atın” devizini ifadə edən videoçarxda reabilitasiya vasitələrinin, habelə dünyanın məşhur şirkətləri ilə əməkdaşlıq müstəvisində 4-cü nəsil müasir protezlərin hazırlanması, təqdim olunması və onların üstünlüklərindən bəhs olunur.