CƏMİYYƏT


Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun iclası keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2022-ci il üçün Fəaliyyət Planı üzrə görülmüş işlər” mövzusunda növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda işçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov işçi qrupun Fəaliyyət Planı üzrə ilin birinci yarısındakı fəaliyyəti, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə məlumat verib və növbəti yarımildə görüləcək işləri diqqətə çatdırıb.

Görüşdə işçi qrupun üzvlərinin müvafiq sahələr üzrə təqdimatları dinlənilib.

İclasda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən əmək bazarında mövcud vəziyyət, əldə edilən uğurlar, eləcə də qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.