CƏMİYYƏT


Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun iclası keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsinin, həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun nümayəndələrinin iştirak etdiyi iclasda “Səhiyyə sistemi” işçi qrupunun Fəaliyyət Planı təsdiq olunub. Daha sonra plana müvafiq olaraq görülmüş işlər, eyni zamanda, yaxın gələcəkdə görüləcək tədbirlərin müzakirəsi geniş formatda aparılıb.

Toplantıda işçi qrupun sədri, səhiyyə nazirin müavini Rasim İsmayılov çıxış edib. Daha sonra digər iştirakçıların çıxışları dinlənilib. Növbəti görüşlər üçün həyata keçiriləcək fəaliyyət istiqamətləri barədə təkliflər verilib.

İclasın sonunda əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində yeni maarifləndirici mobil tətbiqlər və internet-portallarının istifadəyə verilməsi ilə bağlı, eyni zamanda psixi sağlamlığın yaxşılaşdırılması sahəsində görüləcək işlər barədə yekun qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.