CƏMİYYƏT


Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilib

Bakı, 26 may, AZƏRTAC

Cari il mayın 26-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş Prokurorluğun, Ədliyyə, İqtisadiyyat, Maliyyə nazirliklərinin, Hesablama Palatasının, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə”, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai birliklərinin, bir sıra şirkətlərin və digər qurumların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin rəhbərliyi ilə keçirilən görüşdə işçi qrupun 2022-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin daha operativ və kompleks şəkildə icrasının təmin edilməsi, Fəaliyyət Planından irəli gələn müvafiq vəzifələrin müəyyənləşdirilməsi, habelə özəl sektorda şəffaflığın təmin olunması, korrupsiya risklərinin idarə edilməsi, maraqlar münaqişəsinin tənzimlənməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qarşılıqlı müzakirələr formatında keçən iclasın sonunda işçi qrupun üzvləri tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin səmərəli icrasına dair təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.