İQTİSADİYYAT


Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın növbəti iclası keçiriləcək

Bakı, 26 oktyabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” İşçi Qrupunun növbəti iclasının 2021-ci il oktyabrın 29-da saat 15:00-da keçirilməsi nəzərdə tutulub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı hesabatların dinlənilməsi, İşçi Qrupun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi planlaşdırılır.

Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək və ya İşçi Qrupun iclasında iştirak etmək arzusunda olan şəxslər https://azranking.az saytında “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.