İQTİSADİYYAT


Biznesə dəstək sahəsində Almaniya ilə əlaqələrin genişləndirilməsi müzakirə olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti və inkişafı istiqamətləri, investisiya, enerji, Tvinninq layihələri və biznesə dəstək sahəsində əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.