CƏMİYYƏT


“Biznesini yarat marafonu”na müraciətlərin qəbulunun vaxtı uzadılıb

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Gənclərin dayanıqlı məşğulluğu” proqramı çərçivəsində keçirilən “Biznesini yarat marafonu”na müraciətlərin qəbulu vaxtı uzadılıb.

AZƏRTAC xəbər verir ki, marafonun məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə, o cümlədən özünüməşğulluq proqramı vasitəsilə dəstək olmaqdır.

Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasındakı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb-saytında (www.genc.az) və ya “GencApp” mobil tətbiqində yerləşdirməlidirlər. Qiymətləndirmə komissiyası tərəfindən bu ideyalar dəyərləndirildikdən sonra biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb olunacaqlar.

Təlimi uğurla başa vuran gənclər ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək. Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan gənclərə layihənin icrası zamanı üstünlük veriləcək.

Videomüraciətlərin qəbulu prosesi martın 28-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.