REGİONLAR


Bleyk Doqert: ADAU regionda kifayət qədər yüksək nüfuza sahibdir

Gəncə, 7 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin iqtisadi və ticarət sahəsi üzrə müşaviri Bleyk Doqert və ticarət məsələləri üzrə mütəxəssisi Gövhər Məmmədova Gəncə şəhərinə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov Aqrar Universitetin ölkəmizdə kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis hazırlayan ali təhsil ocağı olduğunu diqqətə çatdırıb. Universitetin beynəlxalq əlaqələrindən danışan Z.Qurbanov Türkiyənin Ege Universiteti və ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə birgə icra olunan ikili diplom proqramları haqqında da məlumat verib.

Xanım diplomat Bleyk Doqert çıxışında Azərbaycan Dövlət Aqrar Universitetinin regionda kifayət qədər yüksək nüfuza sahib olduğunu vurğulayıb. O, xüsusilə su resurslarının idarə olunması və bu sahədə görülə biləcək işlər haqqında danışıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə həyata keçirilə biləcək layihələr müzakirə edilib.

Sonra qonaqlar universitetin “John Deere”, “New Holland Agriculture” təlim mərkəzlərində, “Kəhriz” tədqiqat və informasiya mərkəzində və Tələbə parkında olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.