İDMAN


Blez Matyuidi “Yuventus”dan ayrılıb

Bakı, 13 avqust, AZƏRTAC

İtaliyanın “Yuventus” futbol klubunun yarımmüdafiəçisi Blez Matyuidi komandadan ayrılıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, yarımmüdafiəçi 2017-ci ildə Fransanın “Paris Sen-Jermen” komandasından Turin təmsilçisinə keçib. Onun ABŞ-ın “İnter Mayami” klubu ilə razılığa gəlməsi haqda xəbərlər yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.