İDMAN


Blits üzrə dünya çempionatında ilk günün oyunları keçirilib

Bakı, 30 dekabr, AZƏRTAC 

Dekabrın 29-da Sankt-Peterburqdakı “Manej” kompleksində start götürən blits üzrə dünya çempionatında ilk günün oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, 12 turdan sonra turnir cədvəlinə 9,5 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Şahmatçımız Şəhriyar Məmmədyarov 8,5 xalla 5-ci sırada qərarlaşıb. Rauf Məmmədov 7 xalla 21-ci, Qədir Hüseynov 6,5 xalla 34-cüdür.

Qadınların mübarizəsində isə 9 turdan sonra Zeynəb Məmmədyarova 6,5 xalla 10-cu pillədədir. Gülnar Məmmədova və Günay Məmmədzadə hərəyə 5 xalla 45, 47-ci, Türkan Məmmədyarova isə 4,5 xalla 62-ci yerdədirlər.

Rusiyalı Katerina Laqno 7,5 xalla qadınlar arasında liderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.