ELM VƏ TƏHSİL


“Blokçeyn” və “bitkoin” texnologiyalarının öyrənilməsi aktuallıq kəsb edir

Bakı, 4 iyun, AZƏRTAC

Müasir dövrdə müqavilə və sövdələşmələrin rəqəmsal reyestri olan “blokçeyn” və hər kəsə yerindəcə ödəmə imkanı verən “bitkoin” texnologiyalarının öyrənilməsi aktuallıq kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev deyib.

Ölkələrin iqtisadi təhlükəsizliyinin əsasının pul siyasəti olduğunu diqqətə çatdıran alim “bitkoin” texnologiyalarının dövlətlərin maliyyə təhlükəsizliyi ilə bağlı problemlər yaratdığını qeyd edib.

“Bitkoin” texnologiyalarının internetin imkanlarından istifadə edilməklə yaradılmış nəhəng bir sistem olduğunu deyən R.Əliquliyev hazırda dünyada bu istiqamətdə inqilabi proseslərin getdiyini vurğulayıb. Akademik “blokçeyn” və “bitkoin” texnologiyalarının rəhbərlik etdiyi institut üçün yeni tədqiqat istiqamətlərindən olduğunu diqqətə çatdıraraq bu sahədə ictimaiyyətə məlumatların çatdırılmasının vacibliyini bildirib. O qeyd edib ki, bu texnologiyalarla bağlı tədqiqatlar inkişaf etdirilməlidir. Alim bu sahədə informasiya texnologiyaları mütəxəssislərinə iqtisadiyyatçılarla birgə işləməyi tövsiyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.