DÜNYA


Bloomberg: ABŞ Rusiya alüminiumuna 200 faiz rusum tətbiq edə bilər

Bloomberg: ABŞ Rusiya alüminiumuna 200 faiz rusum tətbiq edə bilər

Bakı, 7 fevral, AZƏRTAC

ABŞ Rusiyadan alınacaq alüminium üçün 200 faiz rüsum tətbiq etməyə hazırlaşır. Proses bu həftə baş verə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ atılacağı bu addımı bir neçə aydır, nəzərdən keçirir.

Bu cür sərt tarif Rusiyadan ABŞ-a metal idxalını faktiki olaraq dayandırmağa hesablanıb.

ABŞ administrasiyası Rusiya alüminiumuna qarşı sanksiyaları hələ 2022-ci ilin fevralında nəzərdən keçirib, ancaq bu sanksiyadan imtina edib.

Qeyd edək ki, Rusiyadan alınan alüminium ABŞ-ın ümumi idxalının təxminən 10 faizini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.