DÜNYA


Bloomberg: Aİ Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb

Bloomberg: Aİ Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb

Bakı, 27 yanvar, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Belarusa qarşı yeni sanksiyalar paketinin tətbiqini təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Ehtimal olunur ki, məhdudiyyətlər hərbi məqsədlər üçün istifadə edilən və ölkənin sənaye potensialını gücləndirməyə qadir olan ikili təyinatlı mallara, həmçinin enerji sektoruna, kömür, polad və qızıl məmulatlarına təsir edəcək.

Həmçinin ticarət məhdudiyyətləri dəbdəbəli mallara, investisiyalara və müəyyən xidmətlərin göstərilməsinə təsir göstərəcək. Digər sanksiyalar ölkənin aviasiya və enerji sektorlarını və “əsas gəlir mənbələrini” hədəf alır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.