İQTİSADİYYAT


“Bloomberg” Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən yazıb

Vaşinqton, 30 oktyabr, AZƏRTAC 

Bu gün, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun açılışı olacaq. “Bloomberg” nəşrində bu hadisəyə həsr edilmiş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Asiya ilə Avropa arasında yüklərin daşınması vaxtının qısaldılması nəzərdə tutulan marşrut barədə məlumat verilib. Qeyd olunur ki, Ələt limanından ilk qatarın yola düşməsi münasibətilə təşkil olunan açılış mərasimində Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və gürcü lideri Georgi Marqvelaşvilini qəbul edəcək. Məqalədə vurğulanır ki, Bakını Tbilisi və Qarsla birləşdirən 826 kilometrlik dəmir yolu Çindən Avropaya yüklərin 12-15 gün ərzində çatdırılmasına kömək edəcək.

Bakı-Tbilisi-Qars xətti Rusiya və İran ərazisindən keçən mövcud marşrutların rəqabətqabiliyyətli alternativi, həmçinin dəniz daşımaları ilə müqayisədə daha sürətli marşrut olacaq.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.