DÜNYA


Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

Bakı, 11 iyul, AZƏRTAC

Amerika sahibkarı İlon Mask “Bloomberg” agentliyinin tərtib etdiyi milyarderlər reytinqində yeddinci yeri tutaraq “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffeti geri qoyub.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, cümə günü İlon Maskın sərvəti 6,1 milyard dollar artıb. Bu, onun “Tesla” şirkətinin səhmlərinin 11 faiz artması ilə əlaqədardır. İndi Maskın sərvəti 70,5 milyard dollar dəyərləndirilir. Uorren Baffetin sərvəti reytinq cədvəlinin 10-cu sırasındadır.

“Tesla”nın rəhbəri reytinqdə 70,4 milyard dollarla 8-ci sırada olan “Google” korporasiyasının yaradıcısı Sergey Brini və 70,2 milyard dollarla 9-cu sırada dayanan Hindistanın “Reliance Industries” holdinqinin sahibi Mukeş Ambanini geridə qoyub.

Reytinqin lider üçlüyündə Amerikanın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos (189 milyard dollar), “Microsoft” korporasiyasının yaradıcılarından biri olan Bill Qeyts (116 milyard dollar) və “Facebook”un rəhbəri Mark Sukerberq (93 milyard dollar) yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.