DÜNYA


Bloomberg: Rusiyanın ən varlı insanlarının sərvəti 93,616 milyard dollar azalıb

Bakı, 3 oktyabr, AZƏRTAC

2022-ci ilin əvvəlindən bəri Rusiyanın ən varlı biznesmenlərinin varidatı 93,616 milyard dollar azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Bloomberg agentliyinin materiallarında yer alıb.

“Milyarderlər indeksi”ndəki məlumata görə, ən çox “kasıblaşan” rusiyalı milyarderlərin siyahısına sentyabrın 1-dək 11,2 milyard dollar itirən “Renova” qrupunun yaradıcısı Viktor Vekselberq başçılıq edir. “Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşov 9,78 milyard dollar, təbii qaz istehsalçısı olan “Novatek”in səhmdarı Gennadi Timçenko 9,66 milyard dollar, HLMK - metallurgiya kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin isə 9,12 milyard dollar itirib.

Siyahıda ilk beşliyi 8,26 milyard dollar itirən Evraz dağ-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç tamamlayır.

Bloomberg informasiya agentliyi “Milyarderlər indeksi”ni 2012-ci ilin martından dərc edir. Orada dünyanın ən varlı 500 insanının malik olduğu sərvət barədə məlumatlar verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.