CƏMİYYƏT


Bloqqerlik fəaliyyətinə dair gənclər üçün növbəti təlim keçirilib

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bloqqer-V-bloqqer; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” layihəsi çərçivəsində növbəti təlimə start verib.

AGAT-dan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi sosial şəbəkələrdə maddi-mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən bloqqer və v-bloqqerlərin hazırlanmasına töhfə verməkdir.

AGAT-ın sədri Lalə Mehdiyeva iştirakçılara beynəlxalq aləmdə bloqqer və v-bloqqer kimi tanınmaq üçün mühüm istiqamətlər barədə məlumat verib.

Ekspert, beynəlxalq jurnalist Ülkər Hüseynova mükəmməl bloqqer olmağın detallarından danışıb. Vurğulayıb ki, Azərbaycanın tarixinin, mədəniyyətinin, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bloqqerlik vacib sahədir.

Layihə çərçivəsində növbəti təlim qarşılıqlı müzakirələr şəraitində keçib və iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.