İDMAN


“Bney Yehuda”nın baş məşqçisi: Düzgün taktika sayəsində bu mərhələyə çatmışıq

Bakı, 16 avqust, Nicat Məmmədov, AZƏRTAC

Bu, yay kuboku qazandıqdan sonra ən güclü oyunumuz oldu. Çünki hələ qol buraxmayan komandanı yendik. Amma yenə güclənməliyik. Bu qələbəni azarkeşlərə həsr edirəm.

AZƏRTAC xəbər verir ki, bunu “Bney Yehuda”nın baş məşqçisi Yozef Abuksis İsraildə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, “play-off”da qarşılaşacaqları İsveç “Malmö”sünə böyük hörmətlə yanaşırlar: “Çünki bu rəqib çox yaxşı oyun sərgiləyir. Amma “Neftçi” ilə layiqli oyun və düzgün taktika sayəsində bu mərhələyə çatmışıq. Yenə təvazökarlığımızı qoruyuruq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim kimi komanda üçün böyük uğur sayıla bilər”.

Abuksis hazırkı heyətdən və oyundan razı qaldığını söyləyib: “3-4 futbolçu da cəlb edə bilsək, daha yaxşı oyun sərgiləyə bilərik. Bu heyətdəki futbolçular 2-3 il əvvəl aşağı liqalarda çıxış edirdilər. İlk növbədə rəhbərliyə təşəkkür edirəm ki, onlara inandılar və biz də onları bu səviyyəyə gətirib çatdıra bildik”.

Qeyd edək ki, “Bney Yehuda” ilk matçda 2:2 hesablı heç-heçə etdiyi üçün iki oyunun nəticəsində “play-off”a yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.