İDMAN


Boccia üzrə milli komandamızın Zaqatalada təlim-məşq toplanışı başlayıb

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Boccia İdman Federasiyasının üzvləri təlim-məşq toplanışında iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, boccia idman növü üzrə milli komandamızın üzvləri koronavirus pandemiyası ilə əlaqədar məşqləri bir neçə ay ərzində ev şəraitində davam etdiriblər. İdmançıların fiziki hazırlığını artırmaq məqsədilə yığmamız 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq havada hazırlıq prosesinə start verib.

Avqustun 19-dək davam edəcək təlim-məşq toplanışı Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.

Hazırlıq prosesi zamanı komandanın üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.