REGİONLAR


Boccia üzrə milli komandanın baş məşqçisi İlham Məhərrəmovun Naxçıvanda paralimpiyaçı idmançılarla görüşü olub

Naxçıvan, 12 may, AZƏRTAC

Azərbaycan Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov muxtar respublikaya səfər edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə İlham Məhərrəmovun muxtar respublikada boccia ilə məşğul olan paralimpiyaçı idmançı və məşqçi-müəllimlərlə görüşü keçirilib. Görüşdə paralimpiyaçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, muxtar respublikada paralimpiyaçı idmançılar arasında ən geniş yayılmış idman növlərindən biri də bocciadır. Ötən dövr ərzində idmanın bu növünün muxtar respublikada inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilib, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Bu çərçivədə mayın 13-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və məhdud fiziki imkanlı şəxslər arasında “Heydər Əliyev Kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.