DÜNYA


Bodrum sahillərində qeyri-leqal köçkünləri daşıyan qayıq batıb

İstanbul, 17 iyun, AZƏRTAC

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən şəxslərin olduğu qayıq batıb.

AZƏRTAC xəbər verir ki, hadisə Egey Dənizinin Türkiyəyə aid hissəsində, Bodrum sahillərinə yaxın bölgədə baş verib.

Batan qayıqda olan 31 nəfər xilas edilib, 8 nəfərin cəsədi tapılıb.

İlkin məlumata görə, suyun 34 metr dərinliyində batmış qayıqda itkin düşənlərin axtarışı davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.