DÜNYA


Bodrumda daha bir yanğın baş verib

İstanbul, 31 iyul, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşəlik ərazidə daha bir yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yaşayış yerlərinə yaxın ərazidə başlayan yanğın qısa vaxtda sürətlə yayılıb. Yanğının baş verdiyi bölgədə partlayış səsləri eşidilib.

Hadisə ilə bağlı Bodrum Bələdiyyəsindən verilən açıqlamada yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işlərinin həyata keçirildiyi, bütün imkanların səfərbər edildiyi bildirilir. Əhaliyə mümkün qədər yollara çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.