DÜNYA


Bodrumda meşə yanğınları baş verib VİDEO

İstanbul, 17 aprel, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə yanğınları baş verib.

AZƏRTAC xəbər verir ki, bölgədə küləyin təsirindən alov müxtəlif istiqamətlərdə yayılıb. Əraziyə çox sayda yanğınsöndürən cəlb olunub, giriş-çıxış dayandırılıb. Yer səthinin enişli-yoxuşlu olması yanğına müdaxiləni çətinləşdirir.

Qeyd edək ki, keçən il əksəriyyəti Aralıq dənizi, Egey, Mərmərə, Qərbi Qara dəniz və Cənub-Şərqi Anadolu bölgələri olmaqla Türkiyənin 49 vilayətdə 299 meşə yanğını baş verib. Bu yanğınlar zamanı səkkiz nəfər ölüb, yüz minlərlə hektar meşə sahəsi və yaşayış yeri külə dönüb, minlərlə heyvan tələf olub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.