DÜNYA
“Boeing 737 MAX” təyyarələrinin Türkiyənin hava məkanında uçuşuna qadağa qoyulub
Ankara, 13 mart, AZƏRTAC
Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi “Boeing 737 MAX-8” və “Boeing 737 MAX-9” seriyalı təyyarələrin ölkənin hava məkanında uçmasına qadağa qoyub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nazirlik bu qərarı martın 10-da “Efiopiya Hava Yolları”na məxsus “Boeing 737 Max 8” və eyni tipli təyyarələrin bundan əvvəlki qəzaları ilə bağlı qəbul edib.
Qeyd edək ki, hazırda Türkiyənin ən nəhəng aviaşirkəti olan “Türk Hava Yolları”nın balansında (THY) 12 ədəd “Boeing 737 MAX” tipli sərnişin təyyarəsi vardır. Ölkənin Mülki Aviasiya Təşkilatı bu təyyarələrin gələcək istismarı ilə bağlı qərar verəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]