DÜNYA


“Boeing 737 Max 8” tipli təyyarələrin Böyük Britaniyanın hava məkanında uçuşlarına qadağa qoyulub

London, 13 mart, AZƏRTAC

Böyük Britaniyanın Mülki Aviasiya Təşkilatı (CAA) “Boeing 737 Max 8” təyyarələrinin İndoneziyada və Efiopiyada qəzaya uğraması ilə əlaqədar bu tipli avialaynerlərin ölkənin hava məkanında uçuşlarına və aeroportlarına enişinə qadağa qoyub.

AZƏRTAC xəbər verir ki, CAA bu barədə qərarın növbəti xəbərdarlığa qədər qüvvədə olacağını açıqlayıb.

Xatırladaq ki, Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiya paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son beş ayda bu tipli təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.