İQTİSADİYYAT


“Böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda təlim keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi tərəfindən qurumun strukturuna daxil olan və tabeliyindəki qurumların media sahəsində çalışan mütəxəssisləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Belə təlimlərdən biri “Böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə böhran vəziyyətində kommunikasiyanın qurulması və kommunikasiya alətlərindən düzgün istifadə, böhran vəziyyətinin idarə edilməsi üçün tələb olunan şərtlər diqqətə çatdırılıb. Əməkdaşlara praktiki tapşırıqlar verilib və onlar şərti qruplar yaradaraq böhran vəziyyətindən çıxmaq üçün ssenarilər təqdim ediblər. Tədbirin sonunda suallar cavablandırılıb və təkliflər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.