DÜNYA


Böhranla əlaqədar Ukraynanın xarici ticarətində itkilər 10 faiz təşkil edib

Kiyev, 9 sentyabr, AZƏRTAC

Ukraynada xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust aylarında 64,182 milyard dollar təşkil edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır (71,096 milyard dollar).

AZƏRTAC Ukraynanın gömrük statistikasının məlumatlarına istinadla bildirir ki, 2020-ci ilin ilk səkkiz ayı ərzində malların ixracı 30,846 milyard dollar təşkil edib, bu da keçən illə müqayisədə 7 faiz azdır, idxal isə 12 faiz - 33,337 milyard dollara qədər azalıb. Mənfi saldo 2,491 milyard dollar səviyyəsində qeydə alınıb.

Ən çox - 18 faiz - metalların ixracında 6,033 milyard dollara qədər, eləcə də 38 faiz - yanacaq və energetika mallarının idxalında 5,125 milyard dollara qədər azalma qeydə alınıb.

Rüstəm Məmmədov

AZƏRTAC

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.