CƏMİYYƏT


Bokeriya: insan ömrünün uzunluğu onun hansı müddət ərzində işləməsindən birbaşa asılıdır

Bakı, 13 iyul, AZƏRTAC

Peşə fəaliyyəti ilə uzun müddət məşğul olan insan öz sağlamlığını uzun müddət qoruyur, müxtəlif sahələrdə yaşlı nəslə mənsub olan peşəkarlar isə dünyanın müxtəlif ölkələrində daha yüksək qiymətləndirilir və onlara tələbat daha yüksəkdir.

AZƏRTAC xəbər verir ki, Bakulev adına Ürək-Damar Cərrahiyyə Mərkəzinin rəhbəri, tanınmış kardiocərrah Leo Bokeriya bu fikri TASS agentliyinin müxbiri ilə söhbətində söyləyib.

Ekspert deyib: “İnsan gündəlik peşə fəaliyyəti ilə nə qədər çox məşğul olsa, onun sağlamlığı bir o qədər yaxşı qorunur və ömrü daha uzun olur. Bu, məlum faktdır. Digər tərəfdən, bu fəaliyyət ali sinir sistemi, görmə qabiliyyəti, cərrahın isə əlləri üçün də bir növ treninq rolunu oynayır”.

Onun fikrincə, yaşlı nəslə mənsub olan peşəkarların qədrini bilmək lazımdır. Bokeriya deyib: “Həkimlər barəsində bu fikir bütün dövrlərdə qüvvədə olub: insanlar təcrübəli həkimin yanında müalicə olunmaq istəyirlər. Məsələn, Amerikada kardiocərrahlar yalnız 37 yaşa çatandan sonra onları əməliyyat stoluna yaxın buraxırlar, müstəqil cərrah kimi isə o, ən tezi 40 yaşında formalaşa bilər. Eyni sözlər həkimlərə, alimlərə, müəllimlərə, intellektual peşə sahiblərinə, həmçinin yüksək ixtisaslı fəhlələrə də aiddir. Təbii ki, bu potensial maddi və intellektual dəyərlər yaradır. Əgər cərrahın gözləri yaxşı görürsə, tremordan (əllərin titrəməsindən) əziyyət çəkmirsə, o, çox qiymətli mütəxəssis hesab edilir. Əməliyyat fəaliyyəti ilə məşğul olan cərrahın təcrübəsi xüsusilə qiymətlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.