İDMAN


Boks üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib

Bakı, 30 noyabr, AZƏRTAC

Kişi boksçular arasında Azərbaycan çempionatının yarımfinal mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışın həlledici mərhələsinə vəsiqə verən yarışların beşinci günündə 18 döyüş baş tutub. Yığmanın liderləri, bir nəfər istisna olmaqla, qələbə qazanaraq final mərhələsinə adlayıblar. Yalnız 69 kiloqram çəkidə lider boksçu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor Elnur Süleymanova məğlub olaraq finaldan kənarda qalıb.

Sabah həlledici qarşılaşmalarda ölkə çempionlarının adı müəyyənləşəcək.

Azərbaycan çempionatında 28 komandadan 138 idmançı mübarizəyə qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.