İDMAN


Boks üzrə Azərbaycan çempionatının qalibləri məlum olub

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Boks İdman Mərkəzində keçirilən çempionatın müxtəlif çəki dərəcələri üzrə final qarşılaşmalarında qalib gələn Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rövşən Yaqubzadə (91 kq), Məhəmməd Abdullayev (+91 kq) Azərbaycan çempionu adına sahib olublar.

Noyabrın 26-da start götürən ölkə çempionatında 28 komandadan 138 idmançı mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.