İDMAN


Boks üzrə Azərbaycan millisi “Strandja” turnirində iki bürünc medal qazanıb

Bakı, 19 fevral, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinə yekun vurulub. Bu mərhələdə Azərbaycan millisinin iki üzvü qüvvəsini sınayıb.

AZƏRTAC xəbər verir ki, 70-ci dəfə təşkil edilən turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev yarımfinalda amerikalı Riçard Torres ilə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə başa çatıb.

Komandamızın digər boksçusu Aynur Rzayeva (75 kq) da yarımfinalda mübarizəni dayandırıb. O, ABŞ boksçusu Naomi Qrahama məğlub olub.

Beləliklə, hər iki boksçumuz yarışı bürünc medalla başa vurub.

Qırx üç ölkədən 360 idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.