REGİONLAR


Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Göygöl, 16 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Yeni ilin ilk təlim-məşq toplanışında olan kişi boksçulardan ibarət Azərbaycan millisi artıq bir həftədir ki, Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığma komanda qarşıdan gələn mühüm yarışlara yeni baş məşqçi Vaqif Şirinovun rəhbərliyi altında hazırlaşır.

Belə ki, yanvarın 27-dək davam edəcək təlim-məşq toplanışı fevralda Rusiyada keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə və Bolqarıstanda reallaşacaq A kateqoriyalı turnirə hazırlıq xarakterlidir. Göygöl toplanışına 26 dəri əlcək ustası dəvət olunub. Heyətdə Azərbaycan boksunun demək olar ki, bütün aparıcı simaları yer alıblar. Bununla belə, itkilər də var. Belə ki, Məhəmmədrəsul Məcidov və Cavid Çələbiyev zədə səbəbindən təlim-məşq toplanışına qatılmayıblar.

Qeyd edək ki, boks üzrə böyüklərdən ibarət Azərbaycan yığması ilk dəfədir ki, Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir. Ötən il gənc boksçular eyni məkanda təlim-məşq toplanışında olmuşdular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.