İDMAN
Boks üzrə Bakı şəhər birinciliyi keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
Hövsan Olimpiya İdman Kompleksində boks üzrə Bakı şəhər birinciliyi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, birincilikdə 18 klubu təmsil edən idmançılar mübarizə aparıblar.
Yarışın nəticələrinə görə Gilan İdman Klubunun təmsilçiləri Hakim Nəsirov (46 kq), Hüseyn Sadıxov (50 kq), Seyidrza Sadıqzadə (52 kq), İmaməli Həsənov (54 kq), Füzuli Tağıyev (57 kq), Turan Sadıqov (63 kq), Zaur Musayev (66 kq), Kənan İsmayılzadə (75 kq), “Rabitə”dən Nəbi İsgəndərov (44 kq), Hacı Dilbazov, Şaiq Məlikov (hər ikisi 70 kq), Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) “Qızıl Əlcək” kollektivindən Pərvin Heydərov (48 kq), “Qələbə” klubundan İsmayıl Yaqubov (60 kq), “Neftçi” İKİB-dən isə Xalid Məmmədov (80 kq) fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.