İDMAN


Boks üzrə Olimpiya təsnifat turniri ləğv ediləcək

Bakı, 16 fevral, AZƏRTAC

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə təsnifat turniri ləğv ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. İyunda təşkili planlaşdırılan turnirin ləğv edilməsinə səbəb koronavirus pandemiyası ilə yanaşı, Avropa boks seçmə mərhələsinin apreldən iyunadək təxirə salınmasıdır. Məlumatda bildirilir ki, Olimpiadaya son vəsiqə sahibləri reytinqə əsasən müəyyənləşdiriləcək.

Bundan əvvəl pandemiya səbəbindən sinxron üzgüçülük üzrə son Olimpiya seçmə mərhələsi martdan maya təxirə salınıb.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.