İDMAN


Boks üzrə dünya çempionatının tarixi dəqiqləşib

Bakı, 16 may, AZƏRTAC

Kişi boksçular arasında bu il Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatının vaxtı dəqiqləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyası (AIBA) məlumat yayıb.

Məlumatda bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyət gərgin olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən mundialın oktyabrın 26-dan noyabrın 6-dək təşkil edilməsi qərara alınıb.

Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. İki il sonra - 2023-cü ildə keçiriləcək mundiala isə Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.