İDMAN


Boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib

Bakı, 16 iyun, AZƏRTAC

Bu gün Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Boks Mərkəzində təşkil olunan və yeddi gün davam edəcək yarışda oğlanlar 16, qızlar 13 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Əgər indiyədək qız və ya qadın boksçular müsabiqədənkənar yarışa qatılırdılarsa, bu dəfə rəsmi olaraq rinqə çıxacaqlar.

Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Qaliblərin adına isə iyunun 22-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.