İDMAN


Boks üzrə milli komandaların məşqçilər korpusu təsdiqlənib

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Boks Federasiyasının (ABF) idarə heyətinin iclası keçirilib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda Azərbaycan milli komandalarının məşqçilər korpusu və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.

İdarə heyətinin qərarına əsasən, kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev və Ceyhun Abiyev çalışacaq. Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin edilib. Yeniyetmələrdən ibarət milli komanda Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası Məmmədov və Teymur Məmmədov yer alacaqlar.

Qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını Yadigar Məmmədov yerinə yetirəcək. O, İlkin Ağayevlə birgə boksçularımızı yarışlara hazırlayacaq.

Federasiyanın tərkibində yeni formalaşan Veteran və Çempionlar komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.