İDMAN


Boksçu Floyd Meyvezer MMA qaydaları üzrə qarışıq təkbətək döyüşlərdə debütlə çıxış edəcək

Bakı, 6 noyabr, AZƏRTAC

Məğlubedilməz amerikalı boksçu Floy Meyvezer (oğul) MMA qaydaları üzrə qarışıq təkbətək döyüşlərdə debütlə çıxış edəcək. Tokionun şəhərətrafı qəsəbəsində dekabrın 31-də keçiriləcək yarışma Yaponiyanın “Rizin” promouterinin himayəsi ilə təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, 41 yaşlı veteranın rəqibi 20 yaşlı yaponiyalı kikboksçu Tensin Nasukavadır. O, artıq kikboksinq qaydaları üzrə 27 və MMA üzrə 4 döyüşdə qələbə qazanıb.

Meyvezerin aktivində boks qaydaları üzrə 50 qarşılaşmada 50 qələbə var. O, 5 çəki dərəcəsində çempion adına layiq görülüb. 2017-ci il avqustun 26-da keçirilən son təkbətək boks qarşılaşmasında amerikalı texniki nokautla irlandiyalı Konor Makqreqora qalib gəlib.

Bundan əvvəl yüngül çəki dərəcəsində mütləq döyüş çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov Meyvezerə qarışıq təkbətək döyüş qaydaları üzrə görüş keçirməyi təklif etmişdi. Lakin amerikalı rusiyalı ilə yalnız boks qaydaları üzrə qarşılaşmağa hazır idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.