İDMAN


Boksçu Məhəmməd Abdullayev: Əsas hədəfimiz bütün turnirlərdən ölkəmizə qələbə ilə qayıtmaqdır

Paris, 7 may, AZƏRTAC

Məşqlərdə çəkdiyimiz zəhmətin bəhrəsini bu turnirdə gördük. Düzdür, yorğunuq, zədələnmişik, ancaq əsas odur ki, bütün boksçularımız məqsədlərinə nail oldular və Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazandıq.

Bu fikri boks üzrə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib.

İdmançı deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi Qələbədən sonra biz idmançıların yalnız bir hədəfi var: iştirak etdiyimiz turnirlərdən ölkəmizə qələbə ilə qayıtmaq. Parisdə keçirilən Avropa Olimpiya təsnifat turnirindən də qələbə ilə qayıdırıq. Boksçularımızın hər biri yarışlara böyük məsuliyyətlə qatılmışdılar. Artıq turnir və yarışlara qalib xalqın idmançıları kimi qatılırıq. Buna görə də yalnız qələbə qazanmalıyıq”.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.