İDMAN


Boksçu Məhəmməd Abdullayev: İlk qarşılaşma həmişə ağır olur

Bakı, 24 iyul, AZƏRTAC

Yarışlarda ilk qarşılaşma həmişə ağır olur. Çünki əlcəyə, rinqə və ab-havaya alışmaq lazımdır. Sevinirəm ki, qalib gəldim.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Tokio Olimpiadasının 1/16 final görüşündə Bəhreyn idmançısı Denis Latıpov üzərində qazandığı qələbəni şərh edərkən deyib.

M.Abdullayev bildirib: “Komanda yoldaşlarım Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayorun (69 kq) məğlubiyyəti mənə yaxşı təsir etmədi. İstərdim ki, onlar da qalib gəlsinlər, medal qazansınlar. Bu baxımdan bir qədər pis oldum. Qalan hər şey normaldır”.

Boksçumuz səkkizdəbir finalda qarşılaşacağı rəqibi Baxodir Jalolov (Özbəkistan) barədə də deyib: “Baxodir Jalolov dünya çempionudur. Yarışda özümə əsas rəqib onu hesab edirdim. Onunla səkkizdəbir finalda qarşılaşacağam. İyulun 29-da üz-üzə gələcəyik. İnşallah, yaxşı olar”.

M.Abdullayev medal şanslarına toxunaraq bildirib: “Buraya qədər uzun yol gəlmişik və məşqlərdə böyük əziyyət çəkmişik. İnanıram ki, medal qazanacağam”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.