İDMAN


Boksçularımız Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə uğurla iştirak edib

Bakı, 12 may, AZƏRTAC

Rusiyada kişi boksçular arasında start götürən “Sankt-Peterburq qubernatorunun kuboku” beynəlxalq turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub.

Komandamızın hesabına qızıl medalları Məsud Yusifzadə (52 kq) və Məhəmməd Abdullayev (+91 kq) yazdırıb. M.Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək çempion tituluna yiyələnib. M.Abdullayev isə həlledici görüşdə moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər boksçumuz Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.

Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında ikinci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan komandası qabaqlayıb. Rusiya boksçuları isə “üçlüy”ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.