İDMAN


Boksçularımız Tbilisidə beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 16-da Tbilisidə boks üzrə beynəlxalq turnir start götürəcək.

AZƏRTAC xəbər verir ki, David Kvaçadzenin şərəfinə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.

Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə ölkəmizi Rüfət Hüseynov (52 kq), Nurlan Səfərov (60 kq), Nəbi İsgəndərov, Fərid Ağamoğlanov (hər ikisi 64 kq) və Elnur Süleymanov (75 kq) təmsil edəcəklər.

Turnirin final görüşləri aprelin 20-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.