İDMAN


Boksçularımız dünya çempionatına qələbə ilə başlayıblar

Bakı, 26 oktyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb. Belə ki, boksçumuz Malik Həsənov (63,5 kq) otuz ikidəbir final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

M.Həsənov on altıdabir finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.

Digər boksçumuz 51 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə on altıdabir finalda monqolustanlı Enxmandağ Xarxuunu məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Onun bu mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.

Ölkəmiz dünya çempionatında 9 boksçu ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.