İDMAN


Boksçularımız klublararası beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Bakı, 8 oktyabr, AZƏRTAC

“Qəbələ” idman klubunun boksçuları Ukraynada təlim-məşq toplanışına başlayıb. Klubun boks bölməsinin rəhbəri Fariz Məmmədovun başçılığı altında Krivoy Roq şəhərinə yollanan idmançılarımız hazırlıq prosesi çərçivəsində klublararası beynəlxalq yoxlama turnirində də qüvvəsini sınayacaqlar.

AZƏRTAC xəbər verir ki, yarışda boksçularımızla birgə toplanış keçən “Leather Gloves” (Özbəkistan), DKD (Gürcüstan) və yerli KB-75 klubları da mübarizə aparacaqlar. Oktyabrın 10-da turnirin çəki mərasimi, püşkatma, həmçinin mətbuat konfransı təşkil olunacaq. Ertəsi gün komandalar arasında yarımfinal matçları baş tutacaq. Oktyabrın 12-də isə final və 3-cü yer uğrunda matç keçiriləcək.

Baş məşqçi Ramiz Mirkamilov bu görüşlərdə hazırlıq prosesinə qatılan 7 boksçuya güvənəcək. Bunlar Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (91 kq-dan yuxarı).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.