İDMAN


Boksçularımızın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı növbəti rəqibləri müəyyənləşib

Bakı, 16 oktyabr, AZƏRTAC

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. 

AZƏRTAC xəbər verir ki, ilk döyüşündə kanadalı Spenser Volcoksa qalib gələn yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov (60 kq) yarımfinal mərhələsində Atiçay Foemsap (Tailand) ilə qarşılaşacaq.

Digər boksçumuz Nicat Həsənovun (69 kq) da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı ilk görüşündə Amerika Samoasını təmsil edən Falaniko Tautayadan üstün olub. Finala gedən yolda dəri əlcək ustamız mərakeşli Yassin Elouarz ilə üz-üzə gələcək.

Hər iki boksçumuz yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.