İDMAN


Boksçumuz Alfonso Dominqes Tokio Olimpiadasına lisenziya qazanıb

Bakı, 6 iyun, AZƏRTAC

Boks üzrə Azərbaycan milli komandası Tokio Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.

AZƏRTAC xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kiloqram) və Cavid Çələbiyevin (63 kiloqram) ardınca Alfonso Dominqes (81 kiloqram) də bu uğura imza atıb.

Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə “Tokio-2020”də iştirak hüququna sahib olub. O, dörddəbir finalda İmam Xatayevi (Rusiya) məğlub edib.

Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.

Qeyd edək ki, iyunun 4-də start götürən yarış ayın 8-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.