İDMAN


Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 16 mart, AZƏRTAC

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. Çempionatda 49 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov finala vəsiqə uğrunda Rusiya idmançısı ilə döyüşüb. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Beləliklə, idmançımız bürünc medalla kifayətlənib. Bu, millimizin Vladiqafqaz turnirində ilk medalı olub.

Avropa çempionatının yarımfinal mərhələsinə bu gün yekun vurulacaq. Yarımfinalda boksçularımızdan Cəbrayıl Yelekov (81 kq) ukraynalı Aleksandr Poxrebnyak (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) isə Xorvatiya təmsilçisi Luka Pratlyaçiç ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.