İDMAN


Boksçumuz Cavid Çələbiyev “Minsk 2019”un dörddəbir finalına vəsiqə qazanıb

Minsk, 25 iyun, AZƏRTAC

İyunun 25-də - “Minsk 2019”un beşinci günündə Azərbaycan boksçusu Cavid Çələbiyev (60 kq) səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüşdə 5:0 hesabı ilə parlaq qələbə qazanan boksçumuz ikinci Avropa Oyunlarının dörddəbir finalına yüksəlib. Dörddəbir finalda onun rəqibi Gürcüstan təmsilçisi Otar Eranosyan olacaq.

C.Çələbiyev onaltıdabir finalda Bosniya və Herseqovina idmançısı Nikola İvkoviçi 5:0 hesabı ilə məğlub etmişdi.

Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Rufət Hüseynov (49 kq) dörddəbir, Loren Alfonso Domingez (81 kq) səkkizdəbir final mərhələsində mübarizə aparacaqlar. Səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğradan R.Hüseynov dörddəbir finalda italiyalı Federiko Serra ilə görüşəcək. L.Domingezin dörddəbir finaldakı rəqibi Belarus boksçusu Mixail Dauqaliavets olacaq. Boksçumuz onaltıdabir finalda ukraynalı Stepan Hrekula qalib gəlib – 3:0.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.