İDMAN


Boksçumuz Fuad Tarverdi peşəkar rinqdə növbəti qələbəsini qazanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

İstanbulda Türkiyə Gənclər və İdman Nazirliyi, Türkiyə Boks Federasiyası və “Kadıköy” Peşəkar Boks Klubu tərəfindən turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, 20-yə yaxın ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycanı peşəkar boksçumuz, “The Flash” ləqəbli Fuad Tarverdi təmsil edib. Türkmənistanlı rəqibi Ramazan Bazarovu birinci raundun 45-ci saniyəsində nokaut edən boksçumuz növbəti qələbəsini qazanıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Peşəkar Boks Federasiyası, "VKB" (Victory For Karabakh) şirkəti və "Bizon Energy"nin dəstəyi ilə yarışa qatılan idmançımız "Qızıl əlcək" idman klubunun təmsilçisi və Əməkdar məşqçi Rəhim Allahverdiyevin yetirməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.