İDMAN
Boksçumuz Məhəmməd Abdullayev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan boksçusu Məhəmməd Abdullayev “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən boksçumuz Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Abdullayev turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. Boksçumuzun rəqibi özbəkistanlı Bahodir Calolov olacaq. Görüş iyulun 29-da keçiriləcək.
Daha əvvəl boksçularımız Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nquyenə, Lorenso Sotomoyor (69 kq) isə gürcüstanlı Eskerxan Madievə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]